İynun 6-dan 10-dək Cenevədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 95-ci sessiyası keçiriləəck. Trend agentliyinin Azərbaycan Milli Sahibkarlar Konfederasiyasına istinadən xəbər verir ki, 20 iş adamından ibarət nümayəndə heyəti konfederasiyasının rəhbəri Ələkbər Məmmədovun rəhbərliyi ilə BƏT-in sessiyasında iştirak edəcək.
Bu tədbirdə BƏT strukturları, təşkilata üzv dövlətlərin hökumətləri, həmkarlar ittifaqları və sahibkarlar təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Sessiyada BƏT-in baş direktorunun məruzəsi dinləniləcək, təşkilatın fəaliyyəti, son illər həyata keçirilən layihələr və görülən tədbirlər və sair məsələlər müzakirə olunacaq.