...

Qazaxıstanda fəaliyyət göstərən bir sıra şirkətlər EITI təşəbbüsünə qoşulublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2006 13:09 (UTC +04:00)

Qazaxıstanda fəaliyyət göstərən daha 8 şirkət müvafiq memorandumu imzalayaraq, "Hasilat sahələrindən gələn gəlirlərin şəffaflıq təşəbbüsü"nə (Extractive Industries Transparency Initiative - EITI) qoşuldular. Trend in Astanadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Energetika və Mineral Resurslar Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Bu təşəbbüsə aşağıdakı müəssisələr qoşulublar: "Sokolov-Sarbaysk dağ-zənginləşdirmə istehsalat birliyi", "Vasilkov dağ-zənginləşirmə kombinatı", "Kazxrom" şirkəti, "Jayremsk dağ-zənginləşdirmə kombinatı", "Qazaxıstan Alümini" şirkəti, "AlqaKaspiyQaz", "Maks Petrolium" və "Avropa-Asiya energetika korporasiyası".

Press-relizdə deyilir ki, əvvəl EITI-nin həyata keçirilməsi haqqında memorandumu 38 şirkət, həmçinin respublikanın 52 EİB və assosiasiyaları imzalamışdılar.

EITI 2002-ci ilin sentyabr ayında Böyük Britaniyanın baş naziri Toni Bler tərəfindən elan edilmişdi. Onun məqsədi həm hasilat şirkətlərindəki ödənişlər, həm də təbii resurslarla zəngin ölkə hökümələrinin əldə etdikləri gəlirlər barədə məlumatın şəffaflığına nail olmaqdan ibarətdir.

2005-ci ilin iyun ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanın Britaniyanın təşəbbüsünü dəstəklədiyini bildirib. EITI-nin həyata keçirilməsi şirkətlərin ölkə büdcəsinə ayrılmalar haqqında hökümət qarşısında hesabatından sonra beynəlxalq standartlar üzrə auditin keçirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti