...

Azərbaycanda təxminən 3000 ailə ünvanlı sosial yardım alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2006 17:04 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyulun 1-dən ünvanlı sosial yardım alacaq ailələrin siyahısını müəyyənləşdirib. Nazirlikdən Trend ə verilən məlumata əsasən, müraciət edən 186 179 ailədən yalnız 36 197 ailənin sənədləri qeydə alınıb. Komissiyalarda 4 488 ailənin sənədinə baxılıb ki, onların 3 148-i üçün yardım müəyyənləşdirilib, 1 225-ə isə rədd cavabı verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, ünvanlı sosial yardımın alınması üçün "ehtiyac meyarı"nın həddi 30 manat (150 min köhnə manat) təşkil edir.

Nazirlikdə həmçinin bildiriblər ki, maarifçilik işi sayəsində 2-ci rübdə 18 899 nəfər məşğulluq idarələrinə göndərilib ki, bu da 1-ci rüblə müqayisədə 36,3% çoxdur. Onların 5 822-si işlə təmin olunub (1-ci rüblə müqayisədə 8,9% çox), 256-sı - kurslara göndərilib (53% artım).

Ünvanlı sosial yardımın verilməsi üçün dövlət büdcəsindən 72 mln. manat ayrılıb, lakin yardımın yarım il müddətində veriləcəyini nəzərə alsaq, büdcə vəsaitlərinə qənaət edilmiş olacaq. Ünvanlı sosial yardım TACIS və DB ilə iki birgə layihə çərçivəsində tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti