...

Sumqayıtın çirkli məişət sularının Xəzərə axıdılması problemi həll olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2006 16:04 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi su təmizləyici qurğuların inşası istiqamətində işlər görür. Bu barədə Trend nazirliyin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin başçısı Arif İsgəndərova istinadən xəbər verir.

Onun sözlərinə görə, artıq Buzovna qəsəbəsində gündə 10 min m3 su təmizləmə gücünə malik analoji qurğunun inşası başa çatıb. Yeni qurğu yaxın vaxtlarda işə salınacaq.

Bundan başqa, 2006-cı ilin I rübündən Sumqayıtda sutkada 205 min m3 təmizləmə gücünə malik bioloji su təmizləyici qurğu inşa edilir. Bu qurğuların ilin sonlarında istismara verilməsi planlaşdırılır.

"Yeni qurğu Sumqayıt inzibati rayonu ərazisindən çirkli məişət sularının Xəzər dənizinə axıdılmasının qarşısını alacaq", - deyə nazirliyin mütəxəssisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti