Azərdəmiryolbank ASC tərəfindən 2005-ci il sentyabrın 1-dən 2006-cı il avqustun 1-nə qədər olan dövru əhatə edən və 12 tirajdan ibarət olan "Uduşlu Əmanətlər" tirajlı lotereyasına yekun vurulub. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.
Bu müddət ərzində bankın 48 əmanətçisi ümumilikdə 30 000 ABŞ dolları məbləğində pul mükafatları qazanıb.
Xatırladaq ki, lotereyanın şərtlərinə görə, Bankda 1000 ABŞ dolları məbləğində əmanət qoyan hər bir əmanətçi "Uduşlu Əmanətlər" lotereyasında iştirak etmək hüququ qazanırdı. Keçirilən hər tirajda təsadüfü seçim yolu ilə 4 qalib müəyən olunurdu. 1-ci qalib $1500, 2-ci qalib $500, 3-cü və 4-cü yer sahibləri müvafiq olaraq $300 və $ 200 ABŞ dolları məbləğində pul mükafatlarına sahib olurdu.
Azərdəmiryolbank "Sürətli, Rahat və Faydalı xidmət" prinsipindən çıxış edərək müştəriləri üçün gələcəkdə də belə stimullaşdırıcı lotereyalar keçirməyi planlaşdırır.