...

"Dövlət borcu haqqında" qanun layihəsi müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2006 11:44 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında "Nişanların beynəlxalq qeydiyyatı haqqında" Madrid Sazişinin Protokoluna qoşulmaq barədə qanun layihəsi, "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə, eləcə də Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunacaq. Bu barədə Trend ə Milli Məclisin İqtisadi Siyasi Məsələlər Daimi Komissiyasından məlumat verilib.

O da bildirilib ki, "Nişanların beynəlxalq qeydiyyatı haqqında" Madrid Sazişinin Protokoluna qoşulmaq barədə qanun Azərbaycanın əmtəə və qiymət nişanlarının beynəlxalq aləmdə tanınması və qorunmasını hüquqi cəhətdən təmin edəcək.

Komissiyadan qeyd olunub ki, "Dövlət borcu haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq sənədlər arasında olacaq. Qanun layihəsinin məqsədi dövlət borcalmalarının həyata keçirilməsi, dövlət zəmanətlərinin verilməsi və dövlət borcunun idarə olunması sahəsində hüquqi və iqtisadi münasibətləri tənzimləməkdir.

Xəbər lenti

Xəbər lenti