...

Əmək Nazirliyi istedadlı əlillərirn üzə çıxarılması üçün ümumrespublika müsabiqəsi keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2006 14:21 (UTC +04:00)

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hər il əlillər üçün ümumrespublika tədbirləri keçirir. Nazirlikdən Trend ə verilən məlumata görə, istedadlı əlilləri aşkar etmək üçün noyabrın II yarısında VI ümumrespublika sərgi-müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə şəkillər, xalçalar, tikmələr, suvenirlər, modellər və maketlər, musiqi alətləri, keramika və dulusçuluq məmulatları nümayiş etdiriləcək.

Hazırda əl işlərinin qəbulu və işçi qrupuna verilməsi ilə əlaqədar ictimai əlillər mərkəzlərinə, nazirliyin struktur bölmələrinə məktub göndərilib. "Hazırda bütün respublika üzrə əl işləri qəbul olunur. Son qəbul tarixi 31 oktyabrıdır".

Bundan başqa, tədbiri yüksək səviyyədə təşkil etmək üçün Təhsil, Mədəniyyət və Turizm nazirliklərinə müraciətlər edilib.

Tədbirin keçirilməsi ilə əlaqədar nizamnamə hazırlanıb və təşkilat komitəsi ilə jüri üzvləri təsdiqlənib.

Ən yaxşı işlər müvafiq mükafatlara layiq görüləcək.

Xəbər lenti

Xəbər lenti