...

Azərbaycan banklarına 2007-ci ildən köhnə pul nişanlarının yenisi ilə əvəz edilməsinə icazə verilidi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 18:44 (UTC +04:00)

Köhnə pul nişanlarının yeniləri ilə əvəz edilməsində rahatlığın təmin edilməsi məqsədilə Azərbaycan prezidenti fərman verib. Azərbaycan Milli Bankının məlumatına əsasən Trend bildirir ki, prezident fərmanına uyğun olaraq 2007-ci il yanvarın 1-dən etiarən banknotların dəyişdirilməsi AMB və onun strukturları ilə yanaşı, respublikada fəaliyyət göstərən digər banklar (filiallar, şöbələr) tərəfindən də həyata keçirilə bilər.

Bu proses məbləğ və zaman məhdudiyyəti olmadan həyata keçiriləcək.

Yeni pul işarələrinə dəyişmə banklar tərəfindən komission ödəmələrsiz həyata keçiriləcək. Köhnə pul nişanları 31 dekabr 2006-cı ilə kimi ödəmə vasitəsi olaraq qalır.

Xəbər lenti

Xəbər lenti