...

KFW Azərbaycanda əməliyyatlarını genişləndirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2007 20:49 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Fevralın 26-da Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Heydər Babayev Almaniyanın KFW Bankının baş vitse-prezidenti xanım Doris Köhnin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Bankın rəsmiləri ilə yanaşı, Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin nümayəndələri də daxil idi. Bu barədə nazirliyin məlumatında bildirilib.

İqtisadi İnkişaf naziri Heydər Babayev qonaqları ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ötən ilin uğurlu nəticələri barədə ətraflı məlumat verib.Azərbaycanda kənd təsərrüfatı, infrastruktur sahələrinin, kiçik və orta sahibkarlığın ölkəmizin iqtisadi inkişafının prioritet istiqamətləri olduğunu qeyd edən H.Babayev bu sahədə görülən işlər barədə almaniyalı qonaqları məlumatlandırıb.

Görüşdə alman şirkətlərinin Azərbaycanda fəaliyyəftinin daha da genişləndirilməsi, eləcə də KFW Bankı ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərin artılımasının məqsədəuyğun olduğu vurğulanıb və Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin icra vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə edilib.

Hazırda KFW Bankı ölkəmizlə "Kreditlərin Zəmanəti Fondu", "AzDRES-İmişli elektrik veriliş sistemi", "Əmanətlərin sığortalanması sistemi", "Kommunal infrastruktura yardım" (Gəncə və Şəkinin su təchizatı), "Ekoregionlar təbiət proqramı" və s. layihələr çərçivəsində əməkdaşlıq edir. İndiyədək Almaniya hökuməti tərəfindən KFW Bankı vasitəsilə Azərbaycana 144,2 milyon avro kredit verilib, 23,8 milyon avro həcmində qrant ayrılıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın bundan sonra davam etdirilməsi və KFW bankının Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin başçısı xanım Doris Köhn Azərbaycanın Almaniya üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulayıb və təmsil etdiyi qurumla ölkəmizin əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hər cür dəstək göstəriləcəyini bildirib.

Nümayəndə heyətinin Azərbaycana səfəri martın 2-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti