...

Indian Oil və "KazMunayQaz" Türkiyədə NEZ tikə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 17:41 (UTC +04:00)

Indian Oil Corp (Hindistan), Türkiyənin Calik Enerji və Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Türkiyənin Ceyhan limanında neft emalı zavodu (NEZ) tikə bilər. Bu barədə İnterfaks-Qazaxıstan məlumat yayıb.

International Oil Daily agentliyinə istinadən Bloomberg agentliyinin yaydığı məlumata görə, Indian Oil Corp-un biznesin inkişafı və planlaşdırma üzrə direktoru B.N.Banzalya sutkada 300 min barel emal gucu olan zavodun 2012-ci ildə tikiləcəyini deyib. Məlumatda zavodun əsasən ABŞ və Avropa bazarlarına istiqamətlənəcəyinin gözlənildiyi bildirilib.

Bununla belə, bu NEZ Ceyhan limanında gündəlik gücü 200 min barel olan Petrol Ofisi layihəsindən sonra ikinci olacaq. Şəhər Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql olunduğu terminal hesab olunur.

Xəbər lenti

Xəbər lenti