...

Nəqliyyat Nazirliyi regionlarda fərqləndirici nişanların verilməsi prosesini yoxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Nəqliyyat Nazirliyinin tapşırığı ilə qurumun nəqliyyat müfəttişliyi tərəfindən "Avtonəqliyyatservis" Departamentinin regionlardakı məhdud məsuliyyətli cəmiyyətlərində yoxlamalar keçirilib. Bu barədə nazirlikdən məlumat veriblər.

Yoxlamalar avtonəqliyyat vasitələri sahiblərinə fərqləndirici və xüsusi nişanların verilməsi prosesini əhatə edib. Qeyd edək ki, bu nişanlar avtomobil sahiblərinə müvafiq vergilər ödənildikdən sonra verilir.

Yoxlamalar zamanı məhdud məsuliyyətli cəmiyyətlərin əməkdaşlarına təlimatlar verilib, habelə müvafiq reydlər gerçəkləşdirilib.

Xəbər lenti

Xəbər lenti