...

Nəqliyyat naziri qatarların hərəkətinin təhlükəsizliyi ilə bağlı təcili tədbirlər görməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 15:35 (UTC +04:00)
Nəqliyyat naziri qatarların hərəkətinin təhlükəsizliyi ilə bağlı təcili tədbirlər görməyə çağırır

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ Cümə günü nazirlikdən verilən məlumata görə, Azərbaycan Dövlət Dəmir Yolları İdarəsində nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi ilə "Dəmir yolunun xüsusi təhlükəsizlik zonasında yerləşən, dəmir yollları və torpaqları üçün nəzərdə tutulan torpaqların istifadə qaydaları"nın pozulmasına həsr olunmuş iclas keçirilib.

Nazirlikdən verilən məlumata görə, dəmir yolu üçün nəzərdə tutulan, həmçinin sanitar təhlüksizlik zonasına aid olan torpaqların istifadəsi, ətrafda tikintinin aparılması, məişət tullantılarının həmin əraziyə atılması qatarların hərəkəti üçün təhlükə yaradır.

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəhbəri Arif Əsgərovun sözlərinə görə, bu proseslərlə bağlı vəziyyət kifayət qədər ciddidir və qanunun pozulmasına son qoyulmalıdır. Nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, hərəkətin və vətəndaşların təhlükəsizliyi üçün təcili tədbirlər görülməlidir. Bu problem artıq bütün respublikanı əhatə edib. Bu ərazilərin ekologiyası da təhlükə altındadır.

Problemin həlli üçün daimi nəzarət, Ekologiya və Təbii Sərvətlər nazirliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq vacibdir. İclasın sonunda bu məsələlərin həlli ilə bağlı xüsusi komissiya yaradılıb.

Xəbər lenti

Xəbər lenti