...

Ticarət nümayəndəsi: Azərbaycana rus qazı ixracının dayandırılması ölkələr arasında əmtəə dövriyyəsinin genişlənməsinə mane olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2007 16:30 (UTC +04:00)
Ticarət nümayəndəsi: Azərbaycana rus qazı ixracının dayandırılması ölkələr arasında əmtəə dövriyyəsinin genişlənməsinə mane olmayıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci il yanvarın 1-dən Rusiyadan Azərbaycana qaz idxalı dayandırılsa da, iki ölkə arasındakı xarici ticarət dövriyyəsi, dörd ayın yekunlarına görə, 8,5 faiz artıb. Bu barədə bazar ertəsi mətbuat konfransında RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin məlumat verib.

"Bu diqqətəlayiq amildir ki, Rusiyadan qaz idxalının dayandırılmasından əmtəə dövriyyəsinin 450-500 mln. dollar azalması proqnozlaşdırılırdı. Amma bu gün Azərbaycan özü qaz ixracatçısı olur", - deyə Şedrin söyləyib.

Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda ixracın 71 faiz səviyyəsində yüksək artım tempi müşahidə olunur, ixrac isə azalıb. Xarici ticarət əməliyyatlarında qaz nəzərə alınmadan 2006-cı ilin 4 ayı ilə müqayisədə 28 faizlik artım qeydə alınıb. Bununla yanaşı Rusiyadan idxal 4,5 faiz artıb.

Ticarət nümayəndəsinin fikrincə, bu, maşınqayırma kompleksi məhsulları və yüksək əlavə dəyəri olan digər sahələrin hesabına təmin olunur. Hazırda əmtəə dövriyyəsinin tərkibində 30 faiz maşın-texniki avadanlıqların payına düşür. Həmçinin Rusiyadan tikinti, ərzaq mallarının idxalı artıb. Azərbaycandan ixrac olunan məhsullar sırasında isə metal borular istisna olmaqla nomeklaturada xüsusi dəyişikliklər olmayıb.

"Biz Rusiyadan tədarük olunan qazın dayandırılmasından yaranan itkinin aradan qaldırılması və yaxın illərdə əmtəə dövriyyəsinin 2 mlrd. dollara çatdırılması barədə dövlət başçıları tərəfindən qoyulmuş tapşırığın yerinə yetirilməsi üçün çox gərgin çalışırıq", - deyə Şedrin söyləyib.Onun fikrincə, bunun yerinə yetirilməsi üçün ehtiyatlar var. Əmtəə dövriyyəsinin tərkibini müasirləşdirmək, yüksək texnoloji avadanlıqlar tətbiq etmək, informasiya texnologiyaları, telekommunikasiya sahələrində əməkdaşlığı qaydaya salmaq və s. işləri görmək lazımdır.

Xəbər lenti

Xəbər lenti