Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın istehlak bazarındakı içkilərin yarısı insan sağlamlığı üçün təhlükəlidir. Bunu cümə axşamı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Hüseynovun sözlərinə görə, ən azı sərinləşdirici içkilərin 40 faizi və spirtli içkilərin 50 faizi istehlakçıların sağlamlığı üçün zərərlidir. O qeyd edib ki, istehlakçılar bilməlidir ki, spirtli içkilərin istifadə müddəti bir ildir. Lakin satılan spirtli içkilərin 98 faizinin üzərindəki qablarda istifadə müddəti göstərilməyib.
Konyakın istifadə müddəti üç ildir. Ancaq bu məhsulun 95 faizinin üzərində müvafiq göstərici vurulmur.