...

"Akkord" MMC mənzil sertifikatlarının verilməsinə başlamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "Akkord İnşaat-Sənaye" MMC mənzil sertifikatı verəcək. Bu barədə şirkətin məlumatında göstərilib.

Sənəd qiymətli kağızların bir növüdür və alıcının "Akkord" İnşaat-Sənaye MMC-dən mənzil alqı-satqısı müqaviləsində göstərilən mənzil sahəsini almaqda müstəsna hüququnu təsdiq edir.

Bu sertifikatda göstərilən mənzil sahəsi qununla onu əldə etmiş alıcıdan başqa kimsəyə verilə və ya satıla bilməz. Sertifikat sahibi olan alıcı "Akkord İnşaat-Sənaye" MMC-dən aldığı mənzilin ona vaxtında verilməsini tələb edə bilər. Sertifikat alıcıya hüquq verir ki, satıcı müqavilədə göstərilən mənzili ona vermədikdə və ya verməkdən imtina etdikdə satıcı ilə bağladığı müqavilənin ləğv olunmasını, ona dəymiş maddi ziyanın və əlindən çıxmış fayda şəkilində gəlirinin əvəzinin ödənilməsini tələb etsin. Alıcının hüququ çatır ki, aldığı mənzilin tikintisinin gedişi və digər hallar barədə satıcıdan mütəmadi olaraq məlumat alsın.

Mənzil Sertifikatı fiziki və hüquqi şəxslərə verilir. Şirkət sertifikatı əldə etmiş şəxs qarşısında öz üzərinə qanunvericilikdə təsbit edilmiş bir sıra təminatlar götürür.

Mənzil sertifikatı tikinti şirkətlərinə yeni binaların tikilməsi, mövcud binaların bərpası və yarımçıq obyektlərin tikintisinin başa çatdırılması üçün imkanların genişləndirilməsi ilə əlaqədər əhalinin pul vəsaitlərinin cəlb olunmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti