...

Azərbaycanlı infeksionistlər Tbilisidə dabaq və Sibir xorası diaqnostikası üzrə treninqlərdə iştirak edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 16:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Azərbaycanlı mütəxəssislər Tbilisidə dabaq və Sibir xorası kimi xəstəliklərin aşkarlanması diaqnostikasının müasir metodlarına həsr olunmuş treninqlərdə iştirak edəcəklər. Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Paata İmnadzenin Trend ə verdiyi xəbərə görə, artıq azərbaycanlı mütəxəssislərdən ibarət qrup Tbilisiyə gəlib.

İmnadzenin sözlərinə görə, bu gündən Mərkəzin bazasında dabaq və Sibir xorasının laboratoriya diaqnostikası üzrə treninqlərə start veriləcək. Treninqlər avqustun 3-də yekunlaşacaq.

Azərbaycanlı infeksionistlərlə bərabər treninqlərdə həmçinin gürcü və amerikalı mütəxəssislər iştirak edəcək. Sonuncular bu sahədə əldə etdikləri təcrübə ilə bölüşəcəklər.

Treninqlər "Təhlükələrin azalması" layihəsi çərçivəsində keçiriləcək. Bu layihəni Gürcüstanda ABŞ reallaşdırır.

Xəbər lenti

Xəbər lenti