...

Tarif Şurası nəqliyyat və telekommunikasiya sahəsində bir sıra xidmətlərin tariflərini dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2007 14:19 (UTC +04:00)
Tarif Şurası nəqliyyat və telekommunikasiya sahəsində bir sıra xidmətlərin tariflərini dəyişib

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Tarif Şurası Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və Dövlət Dəmir Yolu İdarəsi tərəfindən göstərilən bir sıra xidmətlər üzrə XDMX və Nəqliyyat Nazirliyindən daxil olmuş təkliflərə baxaraq müvafiq qərarlar qəbul edib.

Şuranın qərarına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin "AzStateNet" dövlət internet şəbəkəsinin respublikaya daxil olan internet trafikinin qiyməti dəyişdiyindən (endirildiyindən) bütün kanallar üzrə aylıq abunə haqqı 50% endirilib.

Tarif Şurasının digər qərarına əsasən, MDB ölkələrinin dəmir yolu idarələrinin Tarif Sazişi çərçivəsində hər il keçirilən konfransında təsdiq edilən tarif dərəcələri Azərbaycan Respublikası ərazisində dəmir yolu nəqliyyatı ilə beynəlxalq və dövlətlərarası yükdaşıma xidmətləri tariflərinin yuxarı həddi kimi qəbul edilib.

Xəbər lenti

Xəbər lenti