...

Prezident İlham Əliyev: "İlk dəfə olaraq Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyalar xarici investisiyaları üstələyib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2007 12:53 (UTC +04:00)
Prezident İlham Əliyev: "İlk dəfə olaraq Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyalar xarici investisiyaları üstələyib"

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ Bazar ertəsi Bakıda Heydər Əliyev adına Mərkəzin təməlqoyma mərasimi zamanı Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, yaxın üç il ərzində Azərbaycanın iqtisadi artımı 95% təşkil edəcək. "Bu göstəricinin dünyada analoqu yoxlur" - deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, 2007-ci ildə ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyalar xarici investisiyaları üstələyib. "Ölkənin imkanları artdığından bu göstərici də artacaq" - deyə prezident Əliyev bildirib.

Heydər Əliyev adına Mərkəzin memarı dünya şöhrətli mütəxəssis Zaxa Ədiddir. Prezident Əliyevin sözlərinə görə, unikal Mərkəz "Qız Qalası"ndan sonra Bakının ikinci simvolu olacaq.

Dövlət baçısı bildirib ki, Bakının abadlığına xüsusi diqqət ayrılacaq, bütün tarixi binalar bərpa olunacaq. "Mən bilirəm ki, Bakının sakinləri buna böyük diqqət ayırırlar" - deyə prezident bildirib.

Prezident Əliyev paytaxtda yeni yolların, binaların və körpülərin tikintisinə ehtiyac olduğunu bildirib. "Bakının əhalisi artır, buna tələbat var" - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti