...

ARDNŞ Petkim neft-kimya Holdinqinin özəlləşdiriməsi ilə bağlı Türkiyə hökumətinin yekun qərarını qəbul etməyə hazırdır

Energetika Materials 28 Dekabr 2007 20:05 (UTC +04:00)
ARDNŞ Petkim neft-kimya Holdinqinin özəlləşdiriməsi ilə bağlı Türkiyə hökumətinin yekun qərarını qəbul etməyə hazırdır

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Türkiyənin Petkim neft-kimya Holdinqinin 51% səhmlərinin Azərbaycanın Dövlət Neft Şirkətinə (ARDNŞ) verilişinin Petrol İs həmkarlar ittfaqının iddiası üzrə dayandırılmasını ARDNŞ Petrol İs və Türkiyənin özəlləşdirmə idarəsi arasında münasibətlər predmeti hesab edir. Bu barədə ARDNŞ-nin məlumatında deyilir. Bir qədər əvvəl Türkiyənin özəlləşdirmə məsələləri üzrə administrasiyası SOCAR (ARDNŞ)/ Turcas Petrol/Injaz Projects Şirkətlər Alyansını Petkim 51% səhm paketinin satılması üzrə tenderin qalibi elan edib. "ARDNŞ hüquq normaları çərçivəsində Türkiyə hökuməti orqanlarının yekun qərarını qəbul etməyə hazırdır"-məlumatda bildirilib. SOCAR/Turcas/Injaz Petkimin istehsal gücünün müasirləşdirilməsinə ayıracağı investisiyalar bu şirkətin Türkiyə bazarındakı payını indiki 27%-dən 40%-ə qaldıracaq. 1-2 il ərzində Alyansın investisiyaları 50-60 mln. dollar təşkil edə bilər. Hazırda Türkiyə lazımi kimya məhsullarının 70-75%-ini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkimin inkişafına investisiyaları bu rəqəmi 30%-dək azaltmağa imkan verəcək. Türkiyə bazarında kimya məhsullarına olan tələbatın illik artımı 12%-dəkdir. İnvestisiyalar 5-6 il ərzində qaytarıla bilər. Dövlət Neft Şirkətində hesab edilər ki, hər şey bazarın konyukturasından asılıdır. SOCAR/Turcas/Injaz Türkiyədə, Petkimin istehsal gücündən bir qədər aralıda, müəssisələri xammalla təmin etmək üçün NEZ tikmək niyyətindədir. NEZ-in güman olunan emal gücü ildə 6 mln. ton neft olacaq. Petkim Petrokimya Holding plastik qablaşdırmalar, parça, PVC, yuyucu vasitələr istehsal etməklə, Türkiyə bazarında belə məhsulların yeganə istehsalçısıdır. Şirkət bu məhsulların dörddə birini ixrac edir. Şirkətin Kapitallaşdırılması 1.6 mlrd. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti