...

Azərbaycan neftinin qiyməti: 10-14 mart həftəsinin yekunları

Energetika Materials 17 Mart 2008 15:39 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 10-14 mart həftəsinin yekunları

Azərbaycan, Bakı, 17 mart / " Trend ", müxbir A.Bədəlova/ 10-14 mart həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $108,48/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,22/barr çoxdur.

10-14 mart həftəsindəAZERI LT neftinin maksimal qiyməti $109,87/barr, minimal qiyməti isə $106,55/barr tiəşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

10-14 mart həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $100,57/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,03/barr çoxdur.

10-14 mart həftəsində URALS neftinin maksimal qiyməti $101,79/barr, minimal qiymət isə $98,99/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

10-14 mart həftəsindəBrent Dated neftinin orta qiyməti $107,88/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,84/barr çoxdur.

Brent neftinin maksimal qiyməti $109,09/barr, minimal qiymət isə $105,9/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti