...

Azərbaycanın daxili bazarında neft məhsullarının satışı artıb

Energetika Materials 19 Mart 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend / Yanvar və fevral aylarında Azərbaycanın daxili bazarına 937,6 min ton neft məhsulları tədarük edilib ki, bu da 2007-ci ilin yanvar və fevral ayları ilə müqayisədə 3 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 112,9 min tonu avtomobil benzininin payına düşür ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 9 faiz çoxdur. Azərbaycanın daxili bazarında A-92 markalı avtomobil benzininin 1 tonu 670 AZN (ƏDV və təchizat xərcləri nəzərə alınmaqla), A-95 markalı benzin isə 736 AZN təşkil edib. Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar və fevral ayları müddətində reallaşdırma üçün Azərbaycanın "Azpetrol" şirkəti 60,3 min ton., "LUKoil" isə 18,6 min ton avtomobil benzini əldə edib.

Yanvar və fevral aylarında daxili bazarda dizel yanacağı 125,9 min ton həcmində satılıb ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 26,4 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (ƏDV və təchizat xərcləri nəzərə alınmaqla) 485 AZN təşkil edib. Statistika Komitəsinin məlumatına görə, bu həcmdən 45,3 min tonu "Azpetrol", 16,1 min tonu isə "LUKoil" şirkətinin payına düşür. Xəzər Dəniz Gəmiçiliyi 3 min ton dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox yanacaq mazutu reallaşdırılıb. Yanvar və fevral aylarında bu qara neft məhsulu 453,7 min ton həcmində satılıb ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 11,8 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun dəyəri (ƏDV və təchizat xərcləri nəzərə alınmaqla) 100 AZN təşkil edib. Statistika Komitəsinin məlumatına görə, "Azərenerji" SC 301,2 min ton, təkrar emal üçün "H.Əliyev adına" Bakı Neft Emalı Zavodu isə 142,5 min ton mazut əldə edib.

Təyyarə yanacağı 76,1 min ton satılıb ki, 2007-ci ilin analoji dövrü ilə müqayisədə 21,8 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton təyyarə yanacağının qiyməti (ƏDV və təchizat xərcləri nəzərə aınlmaqla) 307 AZN təşkil edib.

Yanvar və fevral aylarında daxili bazarda neft bitumu 10,8 min ton həcmində satılıb ki, bu da 2006-cı il ilə müqayisədə 3 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton BN 60/90 bitumun qiyməti (ƏDV və təchizat xərcləri nəzərə alınmaqla) 160 AZN təşkil edib.

Yanvar və fevral aylarında daxili bazarda mayeləşdirilmiş neft qazları (LPG)12,3 min ton həcmində satılıb ki, bu da 2007-ci ilin yanvar və fevral ayları ilə müqayisədə 33,3 faiz azdır.

Neft məhsullarının digər növləri daxili bazarda 146,1 min ton satılıb ki, bu da2007-ci ilin analoji dövrü ilə müqayisədə 42,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti