...

Azərbaycanda yeni ixrac qaz kəməri tikilə bilər

Energetika Materials 31 Mart 2008 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir S.Əliyev/ Azərbaycanın öz yataqlarında qaz hasilatı həcminin artması, həmçinin, ölkə ərazisindən Mərkəzi Asiya qazının mümkün tranziti yanacağın dünya bazarlarına nəqli üçün yeni qaz kəmərlərinin çəkilməsinin labüdlüyünə gətirə bilər.

Hazırda Azərbaycandan əsas qaz ixracı marşrutu uzunluğu 690 km ( 442 km Azərbaycan ərasizində, 248 km Gürcüstan ərazisində) olan Cənubi Qafqaz qaz kəməridir (Bakı-Tbilisi-Ərzurum). Bu boru kəmərinin buraxma gücü ildə 20 mlrd. kubmetr təşkil edir. Bu marşrut üzrə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından Gürcüstan və Türkiyəyə qaz nəqli həyata keçirilir. Dəyəri $1 mlrd. təşkil edən boru kəməri 2007-ci ilin əvvəlində istismara verilib.

"Şahdəniz"-in (ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz qiymətləndirilir) işlənməsinin birinci mərhələsi çərçivəsində yataqdan (hasilatın ən yüksək həddə çatdığı vaxt) təqribən 8,8 mlrd.kubmetr qaz hasil ediləcək. Layihənin ikinci mərhələsinin işlənməsi hasilatın ildə 20 mlrd. kubmetr qazadək artırmağı nəzərdə tutur. İkinci mərhələyə 2012-ci ildən sonra başlanılması planlaşdırılır.

Beləliklə, Azərbaycanın ixrac imkanı ilə öz qazının hasilatının artması, həmçinin, respublika ərazisindən Avropaya Mərkəzi Asiya qazının tranziti yeni boru kəmərinin tikintisinin labüdlüyünə gətirə bilər. Belə ki, mövcud kəmərlər kifayət etməyə bilər.

Avropa ölkələrinin qaza olan təlabatının nəzərə çarpacaq şəkildə artması, onun artmaqda davam edən yüksək qiyməti, həmçinin, Avropanın karbohidrogenlər tədarükünün diversifikasiyası hesabına öz enerji təhlükəsizliyinin təmin edilməsinə marağı şirkətlərin Azərbaycanın əvvəllər kommersiya baxımından cəlbedici hesab edilməyən qaz yataqları və strukturlarının işlənməsinə marağını artırıb. Bu gün alman, fransız və digər Avropa şirkətləri belə sahələrdə işlərin davam etdirilməsi haqqında danışıqlar aparırlar.

Bundan əlavə, "Azəri-Çıraq-Günəşli" yatağında dərinlikdə yerləşən qazın işlənilməsi böyük maraq kəsb edir. İlkin qiymətləndirmələrə görə, bu yataqlarda azad qaz ehtiyatı 500 mlrd. kubmetr qiymətləndirilir. Bu qazın hasilatı üzrə danışıqlarda BP, LUKOYL, Total və digər şirkətlər iştirak ediblər və iştirak edirlər.

TransXəzər qaz kəmərinin tikintisinə imkanlarına xüsusi diqqət ayrılır. Bu kəmərlə türkmən qazının Azərbaycan ərazisindən keçməklə, Avropaya nəqli nəzərdə tutulur. Bu layihə Avropa və ABŞ tərəfindən fəal surətdə dəstəklənir. Onun reallaşdırılması zamanı, Azərbaycan ərazisindən qaz nəqli həcmi nəzərə çarpacaq dərəcədə artacaq və bu, yeni infrastrukturun yaradılmasına gətirəcək.

Avstriyanın loqistika üzrə OMV Gas International şirkətinin vitse-prezidenti Reynxard Mitşek hesab edir ki, 2010-cu ilə Avropanın qaz idxalından asılılığı 2005-ci ildəki 41 faizə qarşı 48 faiz təşkil edəcək.

2015-ci ilə Avropanın qaz idxalından asılılığı 60 faizədək artacaq. 2020-ci ilə 68 faizədək, 2025-ci ilə 71 faizədək, 2030-cu ilə isə 71 faizədək artım müşahidə ediləcək. 2010-cu ilə Avropa İttifaqının (Aİ) 27 ölkəsi 2005-ci ildə 185 mln. tona qarşı 260 mln. ton neft ekvivalenti idxal edəcək. 2015-ci ilə karbohidrogenlərin idxalı ildə 270 mln. ton neft ekvivalenti təşkil edəcək və əlavə olaraq, daha 50 mln. ton neft ekvivalenti tələb olunacaq ki, onun tədarükçüləri, hələ ki, müəyyən edilməyib. 2020-ci ilə Aİ ildə 266 mln. ton neft ekvivalenti idxal edəcək və əlavə olaraq, 127 mln. ton neft ekvivalenti tələb olunacaq. Onun tədarükçüləri isə, hələ müəyyən edilməyib. 2030-cu ilə Aİ 226 mln. ton neft ekvivalenti ixdal edəcək və əlavə olaraq, 241 mln. ton neft ekvivalenti tələb olunacaq ki, onun tədarükçüləri hələ müəyyən edilməyib.

İtaliyanın Edison qaz şirkətinin proqnozlarına görə, 2020-ci ilə Avropada qaza təlabat təqribən 13 faiz - 720 mlrd. kubmetrədək artacaq. 2013-cü ilə Avropada qaza təlabat 2006 -cı ildə 558 mlrd. kubmetrə qarşı 638 mlrd. kubmetr təşkil edəcək. Edison qeyd edir ki, 12 ildən sonra Avropanın qaz idxalından asılılığı 70 faiz təşkil edəcək və təlabat 720 mlrd. kubmetr olduğu halda, idxal 500 mlrd. kubmetr olacaq. 2006-cı ildə idxaldan asılılıq 45 faiz təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti