...

Azərbaycanda modul elektrik stansiyasının tikintisi başa çatdırılıb

Energetika Materials 5 Noyabr 2008 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir S.Əliyev/ ""Azərenerji" Səhmdar Cəmiyyəti Səngəçalda tikintisi başa çatdırılan modul elektrik stansiyasında işəsalma-sazlama işlərini davam etdirir, - SC - nin vitse-prezidenti Marlen Əsgərov çərşənbə günü bildirib.

Əsgərovun sözlərinə görə, stansiya cari ilin sonunadək milli enerji sisteminə qoşulacaq.

Səngəçaldakı modul elektrik stansiyasının tikintisi ilə Finlandiyanın Wartsila şirkəti məşğul olur. Elektrik stansiyasının gücü 300 MVt-dən çoxdur. Wartsila Səngəçaldakı modul elektrik stansiyasının qazdan mazuta və əksinə qoşulmasının yeni texnologiyasını təklif edib və bu, prosesi nəzərəçarpacaq dərəcədə sürətləndirəcək. Əvvəllər şirkət qoşulma üçün 24 saat müddət təklif edib. Hazırda bu vaxt yarım saatadək azaldılıb. Stansiya 18 aqreqatdan ibarətdir.

Ölkənin enerji sisteminin real ümumi gücü 5300 MVt təşkil edir. Bu ilin qışında elektrik enerjisinə tələbat 4300-4500 MVt qiymətləndirilir.

Yayda enerji ehtiyatı 800 min MVt-dən çox təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti