...

SOCAR şirkəti yanvar-noyabrda qaz hasilatını artırıb

Energetika Materials 5 Yanvar 2009 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti), əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) 2008 - ci ilin yanvar -noyabrında ölkənin offşor və onşor yataqlarından 63 mln. bareldən çox (təxminən 8,6 mln. ton) neft hasil ediblər. 2007 - ci ilin analoji dövründə bu rəqəm təxminən 59,4 mln. barel (səkkiz milyon tondan çox) olub, - SOCAR - dan bildiriblər.

SOCAR - ın Neft - Qaz Çıxarma Idarələri (NQÇİ) yanvar - noyabrda dəniz və qurudan təxminən 50 mln. barel (təxminən 6,8 mln. barel) neft hasil ediblər. 2007 - ci ilin eyni dövründə bu rəqəm təxminən 51,4 mln. barel (təxminən yeddi milyon ton)  təşkil edib. SOCAR - ın xarici şirkətlərlə birgə layihələrinin payına təxminən 13,3 mln. barel (1,8 mln. ton), bu həcmdən əməliyyat şirkətlərinin payına isə, təxminən 1,7 mln. barel düşür.

"Azəri - Çıraq - Günəşli" layihəsinin payına 10,6 mln. barel, "Şahdəniz" yatağından hasil edilən qaz - kondensatın payına 962,6 min barel düşür.

Ötən ilin yanvar - noyabrında SOCAR 2007 - ci ilin 11 ayı ərzində təxminən 5,4 mlrd. kubmetr həcmə qarşı 7,53 mlrd. kubmetrdən çox qaz hasil edib. Quruda qaz hasil edən birgə müəssisə və əməliyyat şirkətləri SOCAR - a 62,7 mln. kubmetr qaz veriblər.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar - oktyabrda "Azəri - Çıraq -Günəşli" yataqlarından SOCAR üçün 1,7 mlrd. kubmetr səmt qazı hasil edib. 2007 - ci ilin analoji dövründə bu rəqəm təxminən 2,3 mlrd. kubmetr olub.

Azərbaycanda, 18 - i dənizdə, qalanı quruda yerləşən 57 neft - qaz yatağı var. Bu gün SOCAR - ın əməkdaşlarının sayı təxminən 63 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti