Azərbaycan, Bakı, 15 yanvar/ Trend / Ekol Mühəndislik Xidmətləri QSC "Kürsəngi" və "Qarabağlı" yataqlarınını işləyən Salyan Oil əməliyyat şirkəti ilə imzalanmış müqavilə çərçivəsində, bu yataqların mədən sahələrinin karbohidrogen qazma şlamından təmizlənməsinə başlayıb, - QSC-nin cümə axşamı yayılmış məlumatında deyilir.
Ekol və Salyan Oil arasında şlamın təmizlənməsinə dair müqavilə dekabrın 25 - də imzalanıb.
İlkin təqdiqatlara görə, quruda yerləşən bu yataqların mədən sahələrində təxminən 40 min kubmetr şlam yığılıb. Layihənin realizəsi cari ilin sonunda başa çatacaq. Meydançalarda ekoloji monitorinq aparıldıqdan sonra layihə - smeta sənədləşdirməsinin hazırlanması başlayacaq.
Bu layihənin realizəsinin əsas məqsədi göstərilmiş sahələrin ekoloji vəziyyətinin yaxşılaşdırılması, QSC-nin yeni tərəfdaşları ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə böhranı şəraitində müəssisənin iqtisadi imkanlarının artırılmasıdır.
"Kürsəngi-Qarabağlı" müqavilə sahəsini işləyən Salyan Oil şirkəti 2009 - cu ildə yataqlarda dörd istismar quyusu qazmağı planlaşdırır.
2008 - ci ildə QSC və "Azneft" İstehsalat Birliyi arasında imzalanmış müqavilə çərçivəsində, "Bibiheybət" Neft - Qaz Çıxarma Idarəsinin (NQÇİ) mədən sahələrində əvvəllər neftlə çirklənmiş təxminən 441 min kv.m ərazinin təmizlənməsi aparılıb. NQÇİ-nin sahələrindən birində neft şlamının müvəqqəti saxlanılması üçün dambanın tikintisi üzrə işlər də həyata keçirilib.
SOCAR şirkətinin Ekologiya İdarəsi QSC- nin Neft - Qaz Çıxarma Idarəsinin sahələrində görüdüyü işə müsbət qiymət verib.
Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün 2006 - cı il martın 1 - də yaradılmış Ekol Muhendislik Xidmetleri QSC -nin həmtəsisçiləri SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) - 51 faiz və Lancer S.A. Services şirkətidir - 49 faiz - SOCAR- ın rəsmi İnternet saytında bildirilir.