...

Yanvar ayında SOCAR şirkəti Gürcüstana 167 min kub metr qaz tədarük edib

Energetika Materials 19 Fevral 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend / SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) verilən məlumata görə, 2009-cu ilin yanvarında Gürcüstana 167 min kub metr qaz tədarük edilib.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelində başlanılıb. Bütünlükdə keçən il ərzində bu ölkəyə 788,93 milyon kub metr qaz tədarük edilib. Sutka ərzində Gürcüstana 5 milyon kub metr qaz tədarük edilir.

Tezliklə "Azəriqaz" ASC (ölkənin bütün yerlərində qazın hasilatı və satışı) Ağdaşda (qərb regionu) qazkompressor stansiyası qurulması işini başa çatdıracaq, Azərbaycan qazının Gürcüstana tədarük edilməsi layihəsini genişləndirəcək. Yanacağın bu ölkəyə çatdırılması Qazıməhəmməd qaz kəməri-Gürcüstan sərhəddi vasitəsilə həyata keçirilir.

Bu qaz kəməri ilə sutka ərzində 5 mln kub metr qaz Gürcüstan hökuməti ilə SOCAR arasında layihə əsasında ixrac edilir. Tədarük edilmənin həcmini artırmaq məqsədi ilə ötürmədə maksimal təzyiqin indiki vaxtda 10 atmosferə nisbətdə 20 atmosfer artırılması planlaşdırılır.

Noyabrda Azərbaycan və Gürcüstan arasında 2009-cu ildən başlayaraq növbəti 5 ildə SOCAR şirkətinin işinin Gürcüstan qaz bazarında imkanlarını artıran razılıq əldə olunmuşdur. Memoranduma əsaslanaraq, SOCAR layihənin reallaşdırılması üçün Gürcüstan hökumətinin qaz istehlakçıları qrupunu (sosial qrup) qazla təmin edən törəmə müəssisələr yaradacaq.

Gürcüstan tərəfi Rusiya qazının tranziti, Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri ilə tranzitindən əldə olunan qazı və Azərbaycanın "Şahdəniz" yatağından alınan kommersiya qazını beş il ərzində fiksajlanmış qiymətlərlə SOCAR-ın törəmə müəssisəsinə satacaq.

Xəbər lenti

Xəbər lenti