...

SOCAR Azərbaycan neftinin Avropa bazarlarında realizəsində maraqlıdır - SOCAR prezidentii

Energetika Materials 3 İyul 2009 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend /

"SOCAR Azərbaycan neftinin Avropa bazarlarında realizəsində maraqlıdır", - cümə günü SOCAR prezidenti Rövnəq Abdullayev, Polşanın "Qruppa Lotos" SC-nin idarə heyətinin sədri Pavel Olexnoviçlə görüşündə deyib. Məhz bu məqsədlə şirkət bundan sonra da "Odessa-Brodı-Plotsk-Qdansk" neft kəməri layihəsinin texniki-iqtisadi əsaslılığının hazırlnamsı ilə məşğul olan "Sarmatiya" İB-də fəal iştirak edəcək.

Görüşdə Olexnoviç tərəflər arasında xüsusilə dəniz yataqları və perspektiv strukturlarda kəşfiyyat və hasilat sahəsində, Azərbaycan neftinin Polşa neft emalı zavodlarında emalı, həmçinin elm, eləcə də neft-qaz sahəsində mütəxəssislərlə mübadilə sahələrində əməkdaşlığın perspektivlərinin olduğuna əminliyini bildirib.

Abdullayev deyib ki, şirkətin neft emalı üzrə xüsusi proqramı var və SOCAR gələcəkdə Türkiyə və Avropada NEZ-in alınması və ya tikintisini planlaşdırır.

Cümə axşamı tərəflər niyyət qətnaməsi imzalayıblar.

Xəbər lenti

Xəbər lenti