...

Dünyanın neftə tələbatı 2013-cü il üçün təxminən 4,5% artacaq - OPEK

Energetika Materials 9 İyul 2009 14:28 (UTC +04:00)
Dünyanın neftə tələbatı 2013-cü il üçün təxminən 4,5% artacaq - OPEK

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A. Bədəlova /

OPEK-in proqnozuna görə, 2010-cu il üçün dünyanın neftə tələbatı tədricən artmağa başlayacaq və tələbat 2013-cü ildə sutkada 87,9 milyon barelə çatacaq.

OPEK-in məruzəsində deyilir ki, 2009-cu il dünyanın neft xülasəsinə görə, bu il dünyanın neftə tələbatı sutkada 84,2 milyon barel təşkil edib. 2010-cu ildə bur rəqəm 84,6, 2011-ci ildə 85,6, 2012-ci ildə isə 86,7 milyon barel/sutka olacaq.  

2009-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin payına düşən tələbat sutkada 46 milyon barel olacaq. 2010 və 2011, 2012 və 2013-cü illərdə isə sutkada 45,5 milyon barel olacaq.

OPEK-in proqnozuna görə, neftə ümumdünya tələbatı 2008-ci ildən 2030-cu ilə qədər sutkada 20 milyon barel artacaq. 2010-cu ildən 2020-ci ilə qədər tələbatın illik artımı sutkada 1,1 milyon barl, 2020-ci ildən 2030-cu ilə qədər sutkada 1 miyon barel olacaq. Məlumatda deyilir ki, tələbatın əsasən İƏİT ölkələri və inkişaf etmiş ölkələr hesabına artacağı müşahidə olunacaq. 

2020-ci ildə İƏİT ölkələrinin neftə tələbatı sutkada 45 milyon barel, 2030-cu ildə isə, sutkada 43,3 milyon barel olacaq. İnkişaf etməkdə olan ölkələr 2020-ci ildə sutkada 44,8, 2030-cu ildə sutkada 56,1 milyon barel sərf edəcək.

OPEK-in proqnozuna görə, neftə ümumdünya tələbatı 2020-ci ildə 95,4, 2030-cu ildə isə 105,6 milyon barel/sutka təşkil edəək.

OPEK-in məruzəsində deyilir ki, enerjidaşıyıcılara tələbat tədricən artacaq, lakin neft əsas enerj mənbəyi kimi qalacaq.    

Məruzədə deyilir ki, neft bazarında böyük dəyişklik dünyanın iqtisadi vəziyyəti ilə bağlıdır.

OPEK öz məruzəsində dünya iqtisadiyyatının bərpasını proqnozlaşdırır, ancaq onun müddət və miqyası hələ də qeyri-müəyyən qalır.

Kartelin proqnozuna görə, 2013-cü ildən 2020-ci ilə qədər dünya iqtisadiyyatının artımı 3,4 faiz təşkil dəcək.

Məqalə müəllifi ilə əlaqə üvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti