...

ARDNŞ Azərbaycanda yüksək debitli quyu qazacaq

Energetika Materials 1 Sentyabr 2009 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir E.İsmayılov /

Oktyabrda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft şirkəti) "8 mart" dəniz yatağında qaz quyularının qazılmasını planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-dən deyilib.

"578 saylı platforma ilə yeni quyuların qazılmasına qazma işləri üçün lazım olan cihazın yerinin seçilməsi ilə bağlı bir sıra texniki məsələlərin həllindən sonra başlanacaq. Qazma işləri təxminən oktyabrda başlamalıdır", - mənbə deyib.

Mənbənin dediyinə görə, yeni quyuların layihə dərinliyi 5900 metr təşkil edir. Quyuların ehtimal olunan gündəlik debeti 350 min kubmetrə yaxındır.

Yeni quyuların qazılması ARDNŞ-in "Kompleks qazma işləri" tresti yanında yeni yaradılmış "Sahil" qazma işləri idarəsi tərəfindən icra ediləcək.

ARDNŞ-in məlumatında deyilir ki, hazırda "8 Mart" yatağından gündəlik 420 min kubmetr qaz hasil olunur. Şirkətin geoloqları gələcəkdə qazılması üçün doqquz nöqtə müəyyən ediblər.

Azərbaycanda 57 neft qaz yatağı var, onlardan 18-i dənizdə, qalanları quruda yerləşir. Hazırda ARDNŞ-ın işçi ştatı 62 min nəfər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti