...

"Azəri-Çıraq-Günəşli"yə suyun doldurulması nəticəsində ARDNŞ-nin yatağında hasilat artıb

Energetika Materials 25 Sentyabr 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend /

"Azəri-Çıraq-Günəşli" yatağı blokunun işlənməsi üzrə müqavilə çərçivəsində "Günəşli" yatağının dərinsulu hissəsinə su doldurulması üçün sualtı quyuların istifadəsi ARDNŞ tərəfindən işlənilən yatağın dayaz hissəsində neft hasilatının artmasına təsir edib, bu barədə şirkətdən bildirilib.

Dövlət Neft Şirkətinin nümayəndələrinin sözlərinə əsasən, bəzi quyularda hasilat sutkada 100 tona kimi artıb. Lakin həcmin ümumi artımı barədə bildirilməyib.

"Günəşli" yatağının dərinsulu hissəsində hasilat 2008-ci ilin ortalarında başlayıb. Burada 17 quyu istismara verilib.

"AÇG" iri dəniz yataqları blokunun işlənmə layihəsi üzrə iştirakçılar bunlardır: BP (operator- 34,1367%), ChevronTexaco (10,2814%), SOCAR (10%), İNPEX (10%), Statoil (8,5633 %), ExxonMobil (8,006%), TRAO (6,75 %), Devon Energy (5,6262 %), ITOCHU (3,9205 %), Delta Hess (2,7213%). Lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti