...

Qazaxıstan OPEK-ə üzv olmayan üç nəhəng neft hasilatçısından biri ola bilər - ABŞ energetika nazirinin müavini

Energetika Materials 8 Oktyabr 2009 17:51 (UTC +04:00)

Qazaxıstan, Astana, 08 oktyabr / Trend , müxbirK.Konırova/

ABŞ energetika nazirinin müavini Daniel Paneman Trend -ın xüsusi müxbirinə verdiyi müsahibəsində deyib ki, Qazaxıstan yalnız neft və qaz ehtiyatları ilə deyil, həmçinin uranla da zəngindir.

"Biz başa düşürük ki, Qazaxıstan resusrslarının dünyanın enerji bazarlarının neft və qazla təchiz edilməsində rolu danılmazdır. Həqiqətən də üzümüzə gələn on il ərzində Qazaxıstan OPEK-ə üzv olmayan üç nəhəng neft hasil edən ölkədən biri ola bilər", - Paneman belə deyib.

O bildirib ki, Birləşmiş Ştatların, Qazaxıstanın və bütün dünya ölkələrinin rifahı və təhlükəsizliyi enerjidən asılıdır.

Nazir müavini xatırladıb ki, Qazaxstanın reytinqi investisiya səviyyəsinə çatandan sonra ABŞ-la bu ölkə arasında sıx iqtisadi əlaqələr yarandı. Paneman deyib ki, 2008-ci ildə Qazaxıstana olan sərmayələrin təxminən 11 faizini Amerika şirkətlərinin sərmayələri təşkil edirdi.

O, sıx əməkdaşlıq çərçivəsində hər iki ölkənin iqtisadi inkişafının gücləndiriləcəyinə və təhlükəsizliyinin təmin ediləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti