...

OPEK dünyanın neftə olan tələbatının cüzi artımını gözləyir

Energetika Materials 26 Oktyabr 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir A.Bədəlova/

OPEK gələn il dünyanın neftə olan tələbatının sutkada 0,7 milyon barel artaraq sutkada 84,9 milyon barelə çatacağını proqnozlaşdırır.

OPEK-in oktyabr məruzəsinə görə, 2010-cu ildə dünya iqtisadiyyatının artımı 2,7 faiz təşkil edəcək.

Gələn il tələbatın əvvəllər proqnozlaşdırılan göstəricidən sutkada 0,2 milyon barel çox olacağı gözlənilir. "Bu yaxınlarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində, həmçinin Çində iqtisadi şəraitin yaxşılaşmasının nəticəsi olaraq, neftə olan tələbat əvvəllər proqnozlaşdırılan göstəricidən yüksək olacaq", - OPEK-in məruzəsində deyilir.

İƏİT-ə üzv olan ölkələrin neftə olan tələbatı 2010-cu ildə sutkada 45,73 milyon barel olacaq. Bu da 2009-cu ildə olan tələbatdan sutkada 0,15 milyon barel çoxdur. Proqnoza görə, Çinin neftə olan tələbatı gələn il 0,3 milyon barel artaraq sutkada 8,39 milyon barelə çatacaq.

OPEK-in proqnozuna görə, 2009-cu ildə dünyanın neftə olan tələbatı sutkada 0,2 milyon barel artacaq. Yeni proqnoza müvafiq olaraq, bu ilin yekunlarına görə, neftə olan tələbat 1,4 miyon barel azalaraq sutkada 84,24 milyon barel olacaq.

ABŞ-da neftə olan tələbatın stabil qalması sayəsində dünyanın neftə olan tələbatı sentyabrda 0,6 faiz həcmində göstərilib. Üçüncü rübün yekunlarına görə, dünyada neftə olan tələbatın səviyyəsi sutkada 520 min barel azalıb.

OPEK-in məruzəsində deyilir ki, əgər ABŞ-da neftə olan tələbatın stabil qalması davam edərsə, dünyanın neftə olan tələbatı daha 0,2 faiz arta bilər.

OPEK-in yekunlarına görə, İƏİT ölkələrinin neftə olan tələbatı cari ilin yekunlarına görə, 1,69 milyon barel azalaraq sutkada 45,88 milyon barel olacaq. Çinin neftə olan tələbatı isə proqnoza müvafiq olaraq, bu il 0,12 milyon barel artaraq sutkada 8,09 milyon barel olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti