...

İsveçrə Azərbaycan qazını idxal etməkdə maraqlıdır - səfir

Energetika Materials 3 Noyabr 2009 14:38 (UTC +04:00)
İsveçrə planlaşdırılmış layihə çərçivsində Azərbaycan qazını Avropaya idxal etəkdə maraqlıdır, çərşənbə axşamı mətbuat konfransında ölkənin Azəbaycandakı səfiri Alan Quidetti deyib.
İsveçrə Azərbaycan qazını idxal etməkdə maraqlıdır - səfir

Azərbaycan, Bakı, 3 noyabr / Trend , müxbir T.Konyaeva/

İsveçrə planlaşdırılmış layihə çərçivsində Azərbaycan qazını Avropaya idxal etəkdə maraqlıdır, çərşənbə axşamı mətbuat konfransında ölkənin Azəbaycandakı səfiri Alan Quidetti deyib.

"Hələ 2007-ci ildə Azərbaycan və İsveçrə arasında təhlükəsizlik və enerji əməkdaşlığına dair memorandum imzalanıb. İsveçrənin EGL şirkəti Azərbaycanın enerji sektorunda iştirak etməkdə maraqlıdır", - Quidetti deyib.

İsveçrə gələcək enerji təhlükəsizliyini təmin etmək üçün enerji resurslarının diversifikasiyası üçün müxtəlif versiyaları nəzərdən keçirir. Diversifikasiyanın yollarından biri Yunanıstandan Albaniya ərazisi vasitəsilə İtaliyaya gedən "Transadriatik" (Trans Adriatic Pipeline (TAP)) qaz boru kəməridir.

İsveçrənin EGL şirkəti Norveçin StatoilHydro şirkəti ilə birlikdə bu qaz boru kəmərini inşa etməklə və onunla paritet əsaslara sahib olmaqla inkişaf edəcək. TAP-ın nəqletmə qabiliyəti ildə 10 milyon kubmetr, mümkün genişləndirmə ilə isə 20 milyon kubmetrədək təşkil edir.

İsveçrə Avropada generasiya və aktivlərə sahib olaraq 2007-ci ilin martında İspaniyanın NİGEC şirkəti ilə 2012-ci ildən etibarən DAF bazisindən 5,5 milyard kubmetr həcmində qaz tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti