...

ARDNŞ dənizdə həlak olan əməkdaşının ailəsinə təzminat ödəyib

Energetika Materials 20 Noyabr 2009 18:58 (UTC +04:00)
"Neft-QazTikinti" trestinin üç gün bundan öncə “Günəşli” yatağındakı platformadan yıxılaraq həlak olmuş əməkdaşının yaxınlarına haqqı çatan bütün vəsaitlər ödənilib.
ARDNŞ dənizdə həlak olan əməkdaşının ailəsinə təzminat ödəyib

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

"Neft-QazTikinti" trestinin üç gün bundan öncə "Günəşli" yatağındakı platformadan yıxılaraq həlak olmuş əməkdaşının yaxınlarına haqqı çatan bütün vəsaitlər ödənilib. Bu barədə cümə günü bu yatağı işlədən ARDNŞ-dən bildirilib.

İlkin məlumatlara görə, 1959-cu il təvəllüdlü trestin əməkdaşı Faiq Əliyev fırtına zamanı təmir işləri vaxtı texniki təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən dənizə düşüb. Hazırda ARDNŞ-nin xüsusi komissiyası tədqiqat aparır.

Xəbər lenti

Xəbər lenti