...

Azərbaycan neftinin qiyməti: 21-25 dekabr həftəsinin yekunları

Energetika Materials 28 Dekabr 2009 11:58 (UTC +04:00)
21-25 dekabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi, Supsa limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $75,5/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,42/barel çoxdur.
Azərbaycan neftinin qiyməti: 21-25 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir E.İsmayılov/

21-25 dekabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi, Supsa limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $75,5/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,42/barel çoxdur.

21-25 dekabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $76,32/barel, minimal qiyməti isə $73,64/barel təşkil edib.

Azeri Light neftinin API üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,14 faizdir.

21-25 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $71,35/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,32/barel çoxdur.

21-25 dekabr həftəsində URALS neftinin maksimal qiyməti $72,35/barel, minimal qiymət isə $69,65/barel təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

21-25 dekabr həftəsində Brent Dated neftinin orta qiyməti $73,4/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,55/barel çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $74,32/barel, minimal qiymət isə $71,54/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı API üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti