...

Azərbaycan 2010-cu ildə bir neçə kiçik su elektrik stansiyası inşa edəcək

Energetika Materials 26 Fevral 2010 13:32 (UTC +04:00)
Azərbaycanda 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar olaraq "Azərenerji" SC respublikanın dağlıq rayonlarında kiçik su elektrik stansiyalarının inşasına başlamağı nəzərdə tutur. Bu barədə cümə günü SC-in prezidenti Etibar Pirverdiyev bildirib.
Azərbaycan 2010-cu ildə bir neçə kiçik su elektrik stansiyası inşa edəcək

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir E.İsmayılov/

Azərbaycanda 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar olaraq "Azərenerji" SC respublikanın dağlıq rayonlarında kiçik su elektrik stansiyalarının inşasına başlamağı nəzərdə tutur. Bu barədə cümə günü SC-in prezidenti Etibar Pirverdiyev bildirib.

"Bu il Azərbaycanda "Ekologiya ili" elan edilib, həmçinin bizim qarşımızda müəyyən öhdəliklər durur. Xüsusilə də bu ildə ölkənin ucqar dağlıq rayonlarını elektrik enerjisi ilə təmin etmək üçün kiçik su elektrik stansiyalarının inşasına başlamaq planlaşdırılır", - Pirverdiyev bildirib.

SC-in rəhbəri yeni elektrik stansiyaların sayı haqqında məlumat verməyib. Lakin əvvəl verdiyi bəyanata əsasən, Azərbaycanda 300 kiçik su elektrik stansiyalarının inşası mümkündür.

Onun sözlərinə görə bu ilin əvvəlində artıq Göyçay rayonunda kiçik elektrik stansiyasının inşasına başlanıb.

Hazırda Azərbaycanın enerji sisteminin gücü təxminən altı min meqavatt təşkil edir.

Xəbər lenti

Xəbər lenti