...

ARDNŞ və "Petrovietnam oil corporation" Azərbaycan neftinin Vyetnam NEZ-ə uzunmüddətli nəqlinə dair müqavilə imzalayıblar

Energetika Materials 8 Aprel 2010 13:38 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Petrovietnam oil corporation" şirkəti bu gün Bakıda neft-qaz sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandum və Azərbaycan neftinin Vyetnam NEZ-ə uzunmüddətli nəqlinə dair müqavilə imzalayıblar.
ARDNŞ və "Petrovietnam oil corporation" Azərbaycan neftinin Vyetnam NEZ-ə uzunmüddətli nəqlinə dair müqavilə imzalayıblar

Bakı, Azərbaycan, 8 aprel /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Petrovietnam oil corporation" şirkəti bu gün Bakıda neft-qaz sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandum və Azərbaycan neftinin Vyetnam NEZ-ə uzunmüddətli nəqlinə dair müqavilə imzalayıblar.

"Qarşılıqlı anlaşma haqqında" memorandumu ARDNŞ rəhbəri Rövnəq Abdullayev və "Petrovietnam oil corporation" şirkətinin prezidenti Phung Dinh Thuec imzalayıb. Uzunmüddətli nəql üzrə müqaviləni "Petrovietnam oil"un baş direktoru Nguyen Xuan Son və SOCAR "Trading Singapore"un direktoru Viktor Lim imzalayıb.

İmzalanma mərasimindən sonra ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib ki, Asiya bazarına çıxış şirkətin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu bazarda Vyetnam böyük paya sahibdir və imzalanmış müqavilə əsasında ARDNŞ uzunmüddətli əsaslarla "Petrovietnam"a neft ixrac edəcək.

Abdullayevin sözlərinə görə, neft nəqli məsələsi ilə Sinqapurda SOCAR Trading törəmə şirkəti məşğul olacaq. Həmçinin, Abdullayev deyib ki, memorandum əsasında tərəflər birgə müəssisə formasında neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün imkanların və strukturların öyrənilməsini həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti