...

ARDNŞ Bakı-Supsa boru kəməri vasitəsilə neft ixracını artırıb

Energetika Materials 13 Aprel 2010 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

ARDNŞ yanvar-mart aylarında Bakı-Supsa boru kəməri vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən 811,96 min tona yaxın yüngül Azərbaycan nefti ixrac edib. 2009-cu ilin yanvar-mart aylarında bu göstərici 793 min ton olub. Bu barədə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumatda deyilir.

ARDNŞ 2009-cu ildə Bakı-Supsa boru kəməri vasitəsilə 2,8 milyon ton neft ixrac edib. 2008-ci ildə bu göstərici 407,1 min ton olub.

2007-ci ildə boru kəmərində aparılan təmir işlərinə görə bu istiqamətdə yüklənmə olmayıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb. Bu boru kəməri vasitəsilə nəqletmə 2008-ci il noyabrın əvvəllərində bərpa edilib.

Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.

Xəbər lenti

Xəbər lenti