...

ARDNŞ ilin birinci yarısında Gürcüstanda Azərbaycan neft məhsullarının satışını artırmaq niyyətindədir

Energetika Materials 29 Aprel 2010 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ yanvar-iyun aylarında Gürcüstan bazarında 220-230 min ton öz istehsalı olan neft məhsulları satmaq niyyətindədir. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 197 min ton təşkil edib. Bu barədə cümə axşamı SOCAR Energy Georgia-dakı mənbə bildirib.

"Planlaşdırılır ki, ilin birinci yarısında Gürcüstana 220-230 min ton Azərbaycanın neft məhsulları satılacaq", - mənbə deyib.

Onun sözlərinə görə, ümumilikdə bu il ARDNŞ Gürcüstan bazarında 412 min ton neft məhsulları satmağı planlaşdırır. Bu göstərici 2009-cu ildə 406 min ton təşkil edib.

Bu ilin yanvar-mart aylarında Gürcüstan bazarında 76 min ton Azərbaycanın neft məhsulları satılıb.

Azərbaycanda neft məhsulları Bakının iki NEZ-də istehsal olunur. Onların ümumi gücü ildə 20 milyon ton neft təşkil edir. Hər iki NEZ şəxsi vəsaiti hesabına quru və dəniz yataqlarında hasil olunan neftin hər il yeddi milyon tonunu emal edən ARDNŞ-nin tərkibinə daxildir.

Bu il ARDNŞ tərkibinə daxil olan Azərbaycanın neft emalı zavodlarında (NEZ) 6,15 milyon ton neft emal etməyi planlaşdırır. 2009-cu ildə bu göstərici 6,03 milyon ton təşkil edib. 2008-ci ildə isə ARDNŞ 7,35 milyon ton neft emal edib.

Xəbər lenti

Xəbər lenti