...

ARDNŞ quruda struktur-axtarış qazma işləri aparır

Energetika Materials 21 May 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ "Şıhı qaya" və "Süleyman axtarma" quru sahələrində struktur-axtarış qazma işləri aparır. Bunu cümə günü ARDNŞ-dəki mənbə deyib. Sahələr bir-birinə yaxın Qobustan qəsəbəsi və Şamaxı rayonu arasında yerləşir.

Bu sahələrdə qazılacaq quyuların ümumi sayını mənbə bildirməyib. "Hər şey birinci quyunun qazılmasının nəticələrindən asılı olacaq", - o deyib.

Struktur-axtarış qazma işlərinin aparılmasında əsas məqsəd kernin seçilməsi və kəsiyin dəqiq öyrənilməsidir.

Mənbənin sözlərinə görə, işin sifarişçisi "Azneft" İB-dir. İşin başaçatma vaxtı qazma işlərinin gedişatından və aparılan tədqiqatlardan asılı olacaq.

Azərbaycanda 59 neft-qaz yatağı var, onlardan 18-i dənizdə və qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti