...

Azərbaycanda elektrik enerjisinə qənaət edən lampalardan istifadə məsələsi nəzərdən keçirilir

Energetika Materials 20 İyul 2010 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

"Azərenerji" SC Azərbaycanda elektrik enerjisinə qənaət edən lampalardan istifadəyə keçid üzrə məsələ nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı Azərbaycan Elmi-Tədqiqat Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifov deyib.

Onun sözlərinə görə, hazırda imkanlarının dəqiq müəyyənləşdirilməsi və onların istifadəsinin zəruriliyi üçün bu lampaların eksperiment sınaqları aparılır.

Yusifov onu da qeyd edib ki, praktika göstərir ki, elektrik enerjisinə qənaət edən lampalardan istifadənin effekti var. Bu lampaların istifadə etdiyi enerji, adi lampaların istifadə etdiyi enerjidən 4-5 dəfə azdır.

Xəbər lenti

Xəbər lenti