Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.İsmayılov/
Sentyabrın 20-dək ARDNŞ respublikada şəxsi brendi altında daha altı yanacaqdoldurma məntəqəsi (YDM) açmaq niyyətindədir. Bu barədə çərşənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda "SOCAR Petroleum" şirkətinin üç YDM-i fəaliyyət göstərir, lakin sentyabrın 20-dək daha altı məntəqə açılacaq və ilin sonunadək onların sayı 10 ədədə çatdırılacaq.
Abdullayevin sözlərinə görə, ARDNŞ Azərbaycanda ümumilikdə 26-30 YDM açmaq niyyətindədir. Məntəqələrin respublikanın giriş-çıxışlarında olmasına da xüsusi diqqət yetirilir.