...

ARDNŞ dəniz platformalarının təmirini aparır

Energetika Materials 14 Sentyabr 2010 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

"SOCAR-AQŞ" MMC "Günəşli" yatağının dayaz hissəsində ARDNŞ-nin dəniz platformalarının modernləşdirilməsi üzrə işlər aparır. Bu barədə çərşənbə axşamı MMC-nin yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, "Günəşli-13" yatağında həm iqtisadi, həm də ekoloji baxımdan zərərli olan köhnətipli dizel generatorlarının dəyişdirilməsi üzrə işlər artıq başlanıb. Platformada yağdan istifadəyə on iki dəfə qənaət etməyə imkan verən iki generator dəyişdirilib və istismara verilib.

"Günəşli-11" və "Günəşli-13" platformalarında qazma şlamlarının platformalardan aradan qaldırılması üçün vintşəkilli konveyerlərin yaradılması üzrə işlərə də start verilib.

Xəbər lenti

Xəbər lenti