...

ARDNŞ Xəzərdə yeni qaz obyektini istismara verəcək

Energetika Materials 22 Noyabr 2010 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.İsmayılov/

İlin sonunadək ARDNŞ Xəzərin Azərbaycan sektorunda "Günəşli" yatağındakı "Günəşli-4" platformasında qaz-kompressor stansiyasını istismara vermək niyyətindədir. Bu barədə bazar ertəsi ARDNŞ-dəkı mənbə deyib.

Onun sözlərinə görə, hazırda yeni qaz-kompressor stansiyasında işəsalma prosesi başa çatmaq üzrədir.

"Cari ilin sonunadək stansiya istismara veriləcək", - mənbə bildirib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində müəyyən yubanma obyektin dəniz obyekti olması ilə əlaqədardır. Bu, həm layihənin hazırlanmasında, həm də həyata keçirilməsində diqqətli yanaşmanı tələb edir.

Yeni stansiyanın quraşdırılması yataqda sutkada atmosferə buraxılan 400 min kubmetr həcmdə aşağıtəzyiqli səmt qazının yığılması məqsədilə həyata keçirilir.

Əvvəllər bu qaz infrastrukturun olmaması səbəbindən atmosferə buraxılırdı, bu isə ətarf mühitə ciddi ziyan vururdu. Lazımi infrastrukturun yaradılmasının və bu layihənin həyata keçirilməsinin dəyəri 150 milyon dollar qiymətləndirilir. Tullantıların həcmi ildə 150-250 milyon kubmetr qaz arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti