...

Azərbaycan neftinin qiymətləri: 13–17 dekabr həftəsinin yekunları

Energetika Materials 20 Dekabr 2010 12:22 (UTC +04:00)
13-17 dekabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 93,81 dollar/barelə yaxın olub.
Azərbaycan neftinin qiymətləri: 13–17 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.İsmayılov/

13-17 dekabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 93,81 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən bir dollar çoxdur.

13-17 dekabr həftəsində AZERI LT-nin maksimum qiyməti 94,28, minimum isə 93,39 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

13-17 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 87,3 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 0,34 dollar çoxdur.

13-17 dekabr həftəsində URALS-ın maksimum qiyməti 87,84 dollar/barel, minimum isə 86,69 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

13-17 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 91,1 dollar/barelə yaxın təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən 0,76 dollar/barel çoxdur.

13-17 dekabr həftəsində "Brent Dated"in maksimum qiyməti 91,53 dollar/barel, minimum isə 90,52 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti