Azərbaycan, Bakı, 14 fevral /Trend/
2010-cu ildə "Bakı" elektrik stansiyası 452,2 milyon kilovat-saat proqnoza qarşı 470,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" SC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Stansiyada cari ilin yanvar ayında 47 milyon proqnoza qarşı 47,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib", - məlumatda deyilir.
"Bakı" elektrik stansiyası 2007-ci ilin fevralında istismara verilib. 12 aqreqatdan ibarət stansiyanın gücü 105 meqavat təşkil edir.