...

ARDNŞ şəxsi avtomobil vasitələrinin ekoloji baxışını keçirir

Energetika Materials 15 Fevral 2011 19:12 (UTC +04:00)
2010-cu il ərzində Bakıda yerləşən üç ölçmə məntəqəsində ARDNŞ-nin idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrinin təxminən 95 faizi ekoloji baxışdan keçirilib.
ARDNŞ şəxsi avtomobil vasitələrinin ekoloji baxışını keçirir

Azərbaycan, Bakı, 15 fevral /Trend/

2010-cu il ərzində Bakıda yerləşən üç ölçmə məntəqəsində ARDNŞ-nin idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrinin təxminən 95 faizi ekoloji baxışdan keçirilib. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin yaydığı məlumatda deyilir. Ölçmə məntəqələri Bakının Balaxanı, Bibiheybət və Hövsan qəsəbələrində yerləşir.

Bu müddətdə mövcud normalara uygun olmayan nəqliyyat vasitələrinin təkrar ekolji baxışdan keçirilməsi ücün təkliflər verilib.

Yanvar ayında ölçmə mərkəzinin əməkdaşları "Azəriqaz" İB-nin regionlarda istismarda olan nəqliyyat vasitələrinin ekoloji baxışdan keçirilməsi üçün Şirvan şəhərinə və Hacıqabul rayonuna ezam olunublar.

Xəbər lenti

Xəbər lenti