...

Azərbaycanın Energetika Nazirliyi alternativ enerji mənbələrinin inkişafı çərçivəsində tender elan edib

Energetika Materials 1 Mart 2011 14:34 (UTC +04:00)
Azərbaycanın Sənaye və Energetika Nazirliyi alternativ enerji mənbələrinin inkişafı çərçivəsində iki lotda tender elan edib. Bu barədə çərşənbə axşamı rəsmi mətbuatda verilmiş məlumatda deyilir.
Azərbaycanın Energetika Nazirliyi alternativ enerji mənbələrinin inkişafı çərçivəsində tender elan edib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycanın Sənaye və Energetika Nazirliyi alternativ enerji mənbələrinin inkişafı çərçivəsində iki lotda tender elan edib. Bu barədə çərşənbə axşamı rəsmi mətbuatda verilmiş məlumatda deyilir.

Birinci lot Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin alternativ və bərpa olunan enerji mənbələri üzrə strateji istiqamətlərinin müəyyən edilməsi, investisiya və enerji potensialının araşdırılması üçün metodiki təlimatların hazırlanmasını nəzərdə tutur.

İkinci lot günəş elektrik stansiyalarının, bioqazla işləyən PV-modul və stansiyaların avadanlıqlarının alınması və quraşdırılması üzrə məsləhət xidmətlərinin əldə edilməsini nəzərdə tutur.

Tenderdə ikştirak etmək istəyənlər ərizə və digər sənədləri 20 aprel saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifi Sənaye və Energetika Nazirliyinə 28 aprel saat 17:00-dək təqdim olunmalıdır, tender təkliflərinin açılışı isə 29 aprel saat 11:00-da olacaq.

Əlavə məlumat almaq üçün aşağıdakı nömrələrə müraciət etmək olar: (+994 12) 493 46 33, 493 72 74.

Xəbər lenti

Xəbər lenti