...

Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqli xeyli artacaq

Energetika Materials 25 Oktyabr 2011 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql edilən neftin həcmi 2015-ci ildə 44 milyon tona çatacaq. Cari ildə bu rəqəmin 36,8 milyon ton olacağı gözlənilir. Trend-in məlumatıan görə, bu barədə Azərbaycan Milli Məclisinə baxılması üçün təqdim edilən 2012-ci il və növbəti üç il üzrə dövlət büdcəsi layihəsində deyilir.

Ötən il neft kəməri vasitəsilə 38,3 milyon ton neft nəql edilib.

Layihədə deyilir ki, proqnozlara əsasən, qarşıdakı ildə BTC ilə 38,7 milyon ton neft nəql ediləcək, 2013-cü ildə bu göstərici 39 milyon təşkil edəcək. 2014-cü ildə isə neft kəməri vasitəsilə neftin ötürülməsi 41,8 milyon tona çatacaq.

"2015-ci ildə Azərbaycanın bütün neft kəmərləri vasitəsilə bu il gözlənilən 49,1 milyon tona nisbətdə 55,5 milyon neft nəql ediləcək. Qarşıdakı ildə bu göstərici 50,4 milyon tona, 2013-cü ildə 50,7 milyon tona, 2014-cü ildə isə 53,3 milyon tona çatacaq", - dövlət büdcəsi layihəsində deyilir.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti