Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 12:43-də yayılıb)
Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir E.İsmayılov /
Gələn il Azərbaycanda ümumi neft hasilatı 45-46 milyon ton səviyyəsində olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
Onun sözlərinə görə, gələn il hasil olunacaq neftin ümumi həcmindən ARDNŞ-nin payına 8-8,3 milyon ton düşəcək, yerdə qalan hissə isə "Azəri-Çıraq-Günəşli" yatağının və "Şahdəniz" yatağından çıxarılan kondensatın payına düşür.
Yusifzadə bildirib ki, cari ildə hasilatın həcmi elə bu səviyyədə olacaq.